Bu gecə Naxçıvan aeroportunda xaos yaşanıb.
AzerTimes xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Türk sərnişinlərdən biri həmin an paylaşım edərək bildirib ki, hadisə gecə 11-12 radələrində baş verib:
“Bu gecə bizim saat ilə 23.45-də Naxçıvandan Bakıya getmək üçün Naxçıvan Hava limanında təyyarəyə mindim. Təyyarədə boş yer olduğuna görə, avtobus doldururmuş kimi bir saata yaxın gözləməli olduq. Biz türk sərnişinlər olduğumuz üçün etiraz etmədik, amma naxçıvanlı sərnişinlər etiraz etdilər. Sərnişinlərin etirazını görən pilot anons edərək “uçuş olmayacaq, təyyarədən enin evinizə gedin” dedi. Səlahiyyətli heç kim yoxdur, açıqlama verən yoxdur. Körpə, uşaq, qadın, yaşlı hər kəs səfil bir şəkildə tərk etdilər.
Hələ də gözləyirik. Nə gələn var, nə gedən. İnsanlıq adına ən azından kimsə gəlib yardım edər, bu məsələ bu saata qədər həll olunacaq, gedin o saatda gələrsiz deyərdi. Naxçıvan adına həqiqətən pis oldum. Naxçıvanda inkişaf olmayacaqmı?
Təyyarə bileti soruşanlara bilet yoxdur deyib, satışı çətinləşdirirlər. 3-5 manat şirinlik üçün insanlara bunu etmək olarmı?
Uşaqlar, körpələr ağlayır, sərnişinlər etiraz edir, bağırırlar, qışqırırlar.
Amma heç kim bu çarəsiz insanlara kömək etmir, açıqlama vermirlər.
Daha doğrusu, buradakı insanlar insan yerinə qoyulmur. Çarə yoxdur, sabahı gözləyəcəyik. Hazırda bura həbsxana kimidir.
Allah qurtarsın deməkdən başqa çarə yoxdur”.