Hazırda Naxçıvan Beynəlxalq Hava Limanında ciddi sərnişin sıxlığı müşahidə edilir.
AzerTimes xəbər verir ki, bu barədə Azərbaycan Hava Yolları QSC-nin mətbuat xidməti məlumat yayıb.
Bu səbəbdən, Azərbaycanın milli aviadaşıyıcısı AZAL yay mövsümündə intensiv uçuş cədvəlinə baxmayaraq, sərnişinlərin Naxçıvandan Bakıya daşınması üçün bütün zəruri tədbirləri həyata keçirir.
Mövcud vəziyyətin həlli məqsədilə AZAL Naxçıvana əlavə təyyarələr göndərəcək ki, bu da sərnişinlərin Bakıya çatdırılma prosesini sürətləndirməyə imkan verəcək.
Qeyd etmək lazımdır ki, bu gün bu marşrut üzrə yüksək tələbatı nəzərə alaraq, aviaşirkət 12 reys həyata keçirəcək.