Rusiyanın İsveçdəki səfiri Viktor Tatarintsev Aleksey Navalnının ölümü ilə əlaqədar bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
AzerTimes xəbər verir ki, bu barədə İsveç Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
“Xarici İşlər Nazirliyi bu gün Rusiyanın müxalif siyasətçisi Aleksey Navalnının ölümü ilə əlaqədar Rusiya səfirini çağırıb”, – XİN-in X səhifəsində bildirilir.
Əlavə məlumat verilmir.