Rusiyalı müxalifət lideri Aleksey Navalnının dəfn mərasimi ilə bağlı müxtəlif şəhərlərdə keçirilən tədbirlərdə ümumilikdə 128 nəfər polis tərəfindən saxlanılıb.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Paytaxt Moskva olmaqla, Novosibirsk, Yekaterinburq, Tümen, Voronej, Sankt-Peterburq və digər şəhərlərdə saxlanılanların olduğu bildirilib.
Qeyd edək ki, A.Navalnı Moskvanın Marino rayonunda dəfn edilib.