Navalnının arvadı federal axtarışa verildi

Navalnının arvadı federal axtarışa verildi

Rusiyada mərhum müxalif siyasətçi Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya federal axtarışa verilib.

AzerTimes xəbər verir ki, bu barədə “Potok” Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, Yuliya Navalnaya ekstremist cəmiyyətdə iştirakda ittiham olunur.

Bundan əlavə onun 75,5 milyon rubl dəyərində məbləğin leqallaşdırılmasında iştirakı araşdırılır.

Xatırladaq ki, A. Navalnı bu ilin fevralın 16-da həbsxanada vəfat edib.

Teqlər: