Navalnı öldü, məni xilas edin – Saakaşvili

Navalnı öldü, məni xilas edin – Saakaşvili

Aleksey Navalnı Putin rejiminə qarşı müqavimətin böyük qəhrəmanı idi. Onun ölümü böyük faciədir, lakin onun qaçılmaz təhlükəsi uzun müddətdir var idi.

AzerTimes xəbər verir ki, bu sözləri Gürcüstanın sabiq prezidenti, hazırda həbsdə olan Mixail Saakaşvili rusiyalı müxalif lider Aleksey Navalnının ötən gün 47 yaşında cəzaçəkmə müəssisəsində qəfil ölümü ilə bağlı qeyd edib.

Saalaşvili bildirib ki, əvvəllər Navalnı ilə arasında fikir ayrılıqları olub:

“Lakin mən onun cəsarətinə və böyük istedadına heyran olmuşam və Putinin dəstəklədiyi oliqarx Bidzina İvanişvili rejimi tərəfindən həbsxanada mənimlə pis rəftar edildiyi zaman onun mənimlə həmrəyliyini çox yüksək qiymətləndirmişəm. İndi mən Qərbi və Münhen Təhlükəsizlik Konfransının iştirakçılarını ən azı Vladimir Kara-Murza, İlya Yaşini və Rusiya rejiminin digər siyasi məhbuslarını xilas etməyə çalışmağa çağırıram.

Məni də xilas etməyə çalışın. Mən də Vladimir Putinin şəxsi məhbusuyam və bütün dünyanın gözü qarşısında həbsxanada zəhərlənmişəm. Bəlkə də mən Putinin ölüm siyahısında növbətiyəm”.

Teqlər: