Bu gün Aleksey Navalnı videobağlantı vasitəsilə də məhkəmədə iştirak etməyb.
AzerTimes xəbər verir ki, bu barədə Navalnının mətbuat katibi Kira Yarmış sosial şəbəkələrdə yazıb.
“Cəzaçəkmə müəssisəsinin işçisi bildirdi ki, onlarda hələ də “fövqəladə vəziyyət” var və işıq yoxdur. Artıq üçüncü gündür ki, biz Alekseylə nə baş verdiyini və onun harada olduğunu bilmirik”, – o qeyd edib.
Xatırladaq ki, 19 il müddətinə azadlıqdan məhrum edilən rusiyalı müxalif lider Navalnıya qarşı bir müddət əvvəl yeni cinayət işi açılıb.