Rusiyalı müxalifət bloger Aleksey Navalnı Pokrovdakı standart rejimli həbsxanadan Vladimir vilayətindəki Melexovodakı ciddi rejimli həbsxanaya köçürülüb.
AzerTimes xəbər verir ki, bu barədə regional ictimai nəzarət komissiyasının sədri Sergey Yazan məlumat verib.
İyunun 14-də Aleksey Navalnının vəkilləri bildiriblər ki, siyasətçi onun dələduzluq işi üzrə hökm qanuni qüvvəyə mindikdən sonra Vladimir vilayətinin Pokrov şəhərindəki həbsxanadan ciddi rejimli həbsxanaya köçürülüb.
Vladimir vilayətinin insan hüquqları üzrə komissarı Lyudmila Romanova deyib ki, həbsxana yaxşı reputasiyaya malikdir.