Yuliya Navalnaya Almaniyanın nüfuzlu “Media Azadlığı Mükafatı”na layiq görülüb.
AzerTimes xəbər verir ki, mükafat onun mərhum əri, fevralda Rusiya həbsxanasında dünyasını dəyişən müxalifətçi Aleksey Navalnıya da verilib.
Navalnılar bu mükafata “Rusiyadakı qəddar diktaturaya qarşı cəsarətli və qeyri-zorakı mübarizələrinə görə” layiq görülüblər.
Qeyd edək ki, bu aprelin ortalarında “Taym” jurnalı Yuliya Navalnayanı dünyanın 100 ən nüfuzlu qadını siyahısına daxil etmişdi.