Navalnaya prezidentliyə namizədliyini irəli sürə bilər

Navalnaya prezidentliyə namizədliyini irəli sürə bilər

Rusiya müxalifətinin lideri Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya prezident olmaq istəyir.

AzerTimes xəbər verir ki, o bu barədə BBC-yə müsahibəsində deyib.

“Məqsədim ölkədə dəyişiklikləri daha yaxın və mümkün etməkdir. Rusiyaya qayıtsam, prezidentliyə namizədliyimi irəli sürəcəyəm. Lakin Vladimir Putin hakimiyyətdə qaldıqca, Moskvaya qayıtmaq təəssüf ki, mümkün deyil”, – o vurğulayıb.

Yuliya həbs olunmaqdan qorxduğunu etiraf edib. Ərinin dəfni üçün belə doğma şəhərinə gələ bilmədiyini deyən Yuliya Rusiyada ona qarşı ekstremist təşkilatda iştirak ittihamı ilə cinayət işi açıldığını qeyd edib.

Teqlər: