Litva Prezidenti Gitanas Nauseda Ukraynanın Dövlətçilik Günü ilə əlaqədar Kiyevə gedib.
AzerTimes xəbər verir ki, bu barədə prezident özü bildirib.
“Mən Kiyevə yeni gəlmişəm. Ukraynanın ilk dəfə Dövlətçilik Gününü qeyd etdiyi bu əlamətdar gündə Ali Radada Ukrayna xalqına müraciət edəcəyəm”, – o deyib.
G.Nauseda həmçinin qeyd edib ki, Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşəcək və ona Litvanın ən yüksək dövlət mükafatı – Böyük Vitautas ordenini təqdim edəcək.
Qeyd edək ki, Ukrayna Dövlətçilik Günü V.Zelenskinin 24 avqust 2021-ci il tarixli fərmanı ilə təsis edilib.