Ermənistan və Litva prezidentləri Vaaqn Xaçatryan və Gitanas Nauseda arasında görüş keçirilib.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
“Ermənistan və Litva başçıları Cənubi Qafqaz regionunda baş verən prosesləri də müzakirə ediblər. Nauseda Ermənistan-Azərbaycan münasibətlərinə toxunaraq, regionda sülhün bərqərar olmasına öz imkanları daxilində töhfə verməyə hazır olduğunu bildirib”, – məlumatda deyilir.