NATO Rusiyanın Ukraynadakı hərbi əməliyyatına cavab olaraq
Avropada əlavə dörd çoxmillətli döyüş qrupu yaradacaq.
AzerTimes-ın məlumatına görə, bu
barədə alyansın fövqəladə sammitinin yekunları üzrə bəyanatda
deyilir.
“Biz Bolqarıstan, Macarıstan, Rumıniya və Slovakiyada dörd əlavə
çoxmillətli döyüş qrupları yaradırıq. Biz bütün regionlarda və
bütün müttəfiqlərin təhlükəsizliyini və müdafiəsini təmin etmək
üçün bütün lazımi tədbirləri və qərarları alırıq”, – bəyanatda
deyilir.
Bundan başqa NATO-nun Baş katibi Yens Stoltenberq bildirib ki,
təşkilat şərq cinahda 40 min əsgər yerləşdirib.
“Alyans şərq cinahında daimi olaraq hərbi mövcudluğunu
artıracaq, həmçinin hava hücumundan müdafiə və raketdən müdafiə
sistemlərini gücləndirəcək”, – Y.Stoltenberq bildirib.