Finlandiyanın NATO-ya daxil olması hansısa ölkəyə qarşı yönəlməyib.
AzerTimes xəbər verir ki, bu barədə Finlandiya Prezidenti Sauli Niinistö Tvitterdə bildirib.
“Finlandiyanın üzvlüyü kiməsə qarşı yönəlməyib. Bu, həmçinin dövlətin xarici və təhlükəsizlik siyasətinin əsasını və ya məqsədlərini dəyişmir. Finlandiya mübahisələrin sülh yolu ilə həllinə çalışan sabit və proqnozlaşdırıla bilən Skandinaviya ölkəsidir. Finlandiya üçün vacib olan prinsiplər və dəyərlər bundan sonra da xarici siyasətimizi müəyyən edəcək”, – o, bildirib.