Vaxtilə NATO-ya üzvlüklə bağlı müraciət etmişdik, amma o zaman bizə gülərək “Xeyr” dedilər.
AzerTimes xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin “Valday” klubunda çıxışında deyib.
“Müttəfiqlərimizə, partnyorlarımıza bunu açıq şəkildə dedim. Bir vaxtlar hətta mən bəsit şəkildə “Bəlkə də biz də NATO-ya qoşulmalıyıq?” müraciəti etmişdim. Amma “Xeyr, NATO-nun belə bir ölkəyə ehtiyacı yoxdur!”, cavabını verdilər”, – deyə Kreml rəhbəri bildirib.