NATO-ya Moldovadan pis xəbər: Dəstəklənmədi…

NATO-ya Moldovadan pis xəbər: Dəstəklənmədi…

Moldova hələlik NATO-ya daxil olmaq məsələsinə baxmaq niyyətində deyil, çünki respublika sakinləri arasında bu ideyaya kifayət qədər dəstək yoxdur.

AzerTimes xəbər verir ki, bunu Moldova xarici işlər naziri Mixay Popşoy bildirib.

“NATO ilə əməkdaşlığa və ya NATO-ya hər hansı üzvlüyə gəlincə, hazırda söhbət gedə bilməz, çünki cəmiyyətdə kifayət qədər dəstək yoxdur”, – Popşoy RTVI kanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, ölkə sakinlərinin əksəriyyətinin fikrincə, NATO “dəhşət hekayəsi” kimi qəbul edilir, bu mövzunu geniş müzakirəyə çıxarmaq lazımdır:

“Bütün müsbət və mənfi cəhətləri ilə bağlı azad ictimai müzakirə aparmaq və belə demokratik prosesdə qərar qəbul etmək lazımdır. Ancaq bu daha uzun müddət vaxt aparacaq”.

Teqlər: