NATO-nun Avropa İnkişaf Komitəsinin sədri Günter Felinger Şimali Atlantika Alyansını Serbiyaya zərbə endirməyə çağırıb.
AzerTimes xəbər verir ki, o, müvafiq çağırışı X sosial şəbəkəsində yayıb.
“Serblərin Kosovaya qarşı müharibəsi Banskda başladı. Mən NATO-nu dərhal Serbiyaya qarşı müdaxilə hazırlamağa çağırıram. Belqradı elə indi bombalayın!” – o bildirib.
Eyni zamanda, Felinger baş verənlərdə Rusiyanın əli olduğunu iddia edib.
Qeyd edək ki, Kosova Baş naziri Albin Kurti sentyabrın 24-nə keçən gecə saat 3:00 radələrində regionun şimalındakı Leposaviç bələdiyyəsinin Banska kəndi yaxınlığında naməlum şəxslərin Kosova polis əməkdaşlarına atəş açdığını bildirmişdi. Kosova Prezidenti Vyosa Osmani hücumda “serb cinayətkar dəstələrini” günahlandırıb.