NATO müttəfiqlərin yardımını koordinasiya etmək üçün Ukraynaya xüsusi nümayəndə göndərmək istəyir.
AzerTimes xəbər verir ki, bu barədə “Foreign Policy” jurnalı məlumat yayıb.
Məlumata görə, xüsusi nümayəndə NATO-dan Ukraynaya dəstəyi, xüsusən də müxtəlif Qərb ölkələrindən Kiyevə hərbi yardım axınını əlaqələndirəcək.