NATO Ukraynaya sülhməramlı missiyanın göndərilməsini nəzərdən keçirəcək – Polşanın baş naziri

NATO-nun növbəti sammiti Ukraynaya sülhməramlı missiyanın
göndərilməsi məsələsinə baxmağa hazırdır.

AzerTimes-ın “UNİAN”a istinadən verdiyi məlumata görə, bunu Polşanın
baş naziri Mateuş Moravetski deyib.

“Bu təklif (Ukraynaya NATO sülhməramlı missiyasının göndərilməsi
– red.) çox vacib idi. Ukrayna suveren dövlətdir və istənilən
insanları öz ərazisinə dəvət etmək hüququna malikdir. Belə bir
sülhməramlı missiya, şübhəsiz ki, Ukraynanın əksər hissəsinə sülh
gətirəcək”, – deyə baş nazir bildirib.

NATO-nun sülhməramlı missiyası təklifinin kiminlə müzakirə
edildiyi sualına M.Moravetski “əvvəla, biz bunu ən yaxın
müttəfiqlərimizlə müzakirə etmişik və NATO-nun növbəti sammitində
bu təklif təqdim olunacaq” deyə cavab verib.