NATO Ukraynaya “siyasi və praktiki dəstəyi” davam etdirməyə söz verib

NATO ölkələri liderləri Ukraynaya “siyasi və praktiki dəstəyi”
davam etdirəcəklərinə söz verib və digər ölkələri də eyni addımı
atmağa çağırıblar.

AzerTimes-ın
məlumatına görə, bu barədə alyansın müttəfiq ölkələrinin
başçılarının zirvə toplantısının yekunlarına dair verilən bəyanatda
deyilib.

“Biz, Ukrayna özünü müdafiə etməyə davam etdiyi üçün ona siyasi
və praktiki dəstək verməyə davam edəcəyik və başqalarını da eyni
addımı atmağa təşviq edirik”, – deyə bəyanatda qeyd olunub.


NATO-ya üzv ölkələri Ukraynanın beynəlxalq ictimaiyyət
tərəfindən tanınan sərhədləri, o cümlədən ərazi suları daxilində
müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə dəstəylərini bir
daha təsdiqləyiblər: “Bu fundamental mövqe heç vaxt
dəyişməyəcək”.

Teqlər: