NATO ölkələri Ukraynaya Patriot sistemlərinin göndərilməsi məsələsini müzakirə edir.
AzerTimes xəbər verir ki, bu barədə NATO rəhbəri Yens Stoltenberq deyib.
“Hazırki müzakirələrimiz “Patriot” kimi sistemlərin təminatı ilə bağlıdır. Eyni zamanda daha öncə göndərilən sistemlərin effektiv və işlək olduğundan əmin olmalıyıq”, – deyə baş katib bildirib.