NATO Ukraynaya bioloji, kimyəvi, nüvə təhlükələrindən qorunmaq
üçün avadanlıq verəcək, həmçinin kibertəhlükəsizlik sahəsində
dəstək verəcək.
AzerTimes-ın məlumatına görə, bunu NATO-nun baş katibi Yens
Stoltenberq mətbuat konfransı zamanı deyib.
“Bu gün biz Ukrayna üçün daha çox iş görməyə, o cümlədən
kibertəhlükəsizliyə dəstək verməyə, həmçinin Ukraynaya özünü
bioloji, kimyəvi, radioloji və nüvə təhlükələrindən müdafiə etməsi
üçün avadanlıqların verilməsi üzrə razılaşdıq”, – deyə
Y.Stoltenberq bildirib.
Onun sözlərinə görə, NATO ölkələri Ukraynaya daha çox hərbi
texnika verməyə və əlavə humanitar yardım etməyə razılaşıblar.