Şimali Atlantika Alyansı artıq Ukraynada məğlubiyyətə uğrayıb. Bu isə Qərbin Ukraynanı “anti-Rusiya”ya çevirmək layihəsinin iflasa uğraması ilə bağlıdır.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.
“2007-ci ildən sonra NATO Buxarestdə Gürcüstan və Ukraynanın üzv olacağına qərar verəndən sonra biz bunun Avropa təhlükəsizliyinin mərkəzində qoyulan bir saatlı bomba olduğunu demişdik. Bu qərara yenidən baxılmasa, gec-tez o, partlayacaqdı.
NATO Ukrayna böhranında eskalasiya xəttini davam etdirir və payı artırır. Alyans Ukraynadakı münaqişənin qarşısını ala bilərdi, ancaq Kiyevi gərginləşməyə sövq etdi.
NATO-nun qələbələrindən heç kimin xəbəri yoxdur, lakin hərbi müdaxilələrinin nəticələrini hamı bilir”, – A.Qruşko bildirib.