NATO Ukrayna hərbçilərinin təlimi və təhsili üçün mərkəz yaratmağı planlaşdırır.
AzerTimes xəbər verir ki, bu barədə İspaniyanın “El Pais” qəzeti məlumat yayıb.
Məlumata görə, Avropa Birliyinin missiyasını və bəzi Qərb ölkələrinin proqramlarını tamamlayacaq yeni layihə Ukrayna hərbçilərinə həm də strategiya və müdafiə idarəçiliyini öyrətmək üçün nəzərdə tutulub. Məqsəd Ukrayna qüvvələrini NATO standartlarına uyğunlaşdırmaqdır. Alyans üzvləri indi proqramın təfərrüatını yekunlaşdırırlar.
Qəzet bildirib ki, hazırda NATO müttəfiqləri təşəbbüsün necə maliyyələşdiriləcəyini və hansı növ təlimçilərin cəlb olunmasını müzakirə edirlər.