NATO-nun hələlik Ukrayna səmasında uçuşa qadağa zonası tətbiq etmək planı yoxdur.
AzerTimes xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.
O qeyd edib ki, NATO münaqişə tərəfinə çevrilmək istəmir, buna görə hələlik Ukrayna səmasını Rusiyanın raket və təyyarələri üçün bağlamağı düşünmür.