NATO üzvləri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirməyə hazırlaşır.
AzerTimes xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.
“Biz Ukraynaya dəstəyi necə artıracağımızı nəzərdən keçirəcəyik və əsas prioritet Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək olacaq”, – Stoltenberq bildirib.
Stoltenberq Rusiyanın raket hücumlarını zəiflik əlaməti və Vladimir Putinin alternativlərinin tükənməsi kimi xarakterizə edib:
“Rusiya getdikcə daha çox mülki şəxslərə və kritik infrastruktura qarşı dəhşətli hücumlarla məşğul olduğu halda, Ukraynanın sürəti var və əhəmiyyətli irəliləyiş əldə etməyə davam edir”.