NATO Qərbi Afrika və Mərkəzi Asiyada fəaliyyətini artırmaq niyyətindədir.
AzerTimes xəbər verir ki, bunu Pentaqonun rəhbəri Lloyd Ostin deyib.
O bildirib ki, bu, İŞİD qruplaşması ilə mübarizə aparmaq üçün lazımdır:
“Qərbi Afrika və Mərkəzi Asiya üzrə görüşdə müzakirələrimiz İŞİD-in əsas qruplarına qarşı mübarizə səylərimizi genişləndirməyə yönələcək. NATO Yaxın Şərqdə terror qruplaşması ilə mübarizəni davam etdirəcək”.