Yunanıstanın mövqeyi Ankara ilə NATO arasında əlaqələri zəiflətməyə qadir deyil.
AzerTimes xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Yunanıstanın narahatlığı və ya hər hansı mövqeyi Ankara ilə Alyansın münasibətlərini zəiflədə bilməz. Yunanıstana gəlincə, onun NATO daxilində hər hansı qiyməti yoxdur. Türkiyə varsa, NATO güclüdür, Türkiyə yoxdursa, NATO güclü deyil”, – Ərdoğan bildirib.