![NATO Trampın tələbini 10 il sonra yerinə yetirəcək – Polşa NATO Trampın tələbini 10 il sonra yerinə yetirəcək – Polşa](https://azertimes.az/wp-content/uploads/nato-trampin-telebini-10-il-sonra-yerine-yetirecek-polsa-300x150.jpg)
![](https://azertimes.az/wp-content/uploads/nato-trampin-telebini-10-il-sonra-yerine-yetirecek-polsa.jpg)
NATO ölkələri Donald Trampın hərbi xərclərin ÜDM-in 5%-nə qədər artırılması tələbini yalnız 10 ildən sonra ödəyə biləcək.
AzerTimes xəbər verir ki, bunu Polşa müdafiə naziri Vladislav Kosinyak-Kamış deyib.
“Polşa da müdafiə xərclərini artırmaq üçün əlavə imkanlar axtarmalıdır. Əgər COVİD-19 pandemiyasından xilas olmaq üçün borcumuzu ödəyə bilsək, o zaman özümüzü müharibədən qorumaq üçün mütləq pul tapmalıyıq”, – nazir bildirib.