NATO təhlükəli xəttə yaxınlaşıb – Buyakeviç

NATO təhlükəli xəttə yaxınlaşıb – Buyakeviç

ABŞ və NATO Avropada genişmiqyaslı hərbi münaqişəyə gedən yolda təhlükəli xəttə yaxınlaşıb.

AzerTimes xəbər verir ki, bu sözləri Rusiyanın ATƏT-dəki nümayəndəsinin müavini Maksim Buyakeviç deyib.

“ABŞ rəhbərliyi və onun NATO-dakı peykləri təhlükəli xəttə yaxınlaşıb. Onlar Ukraynada hərbi qarşıdurmanı gücləndirmək, Qərbin ağır silahlarından və NATO kəşfiyyatına əsaslanan hədəf təyinatından istifadə etməklə rejimi Rusiya əhalisinə qarşı hərbi əməliyyatlara təhrik edirlər. Bu, Avropada tammiqyaslı hərbi münaqişəyə aparan birbaşa yoldur, bundan bizim qitəmizin bütün sakinləri mütləq uduzacaqlar. Və bu “atəşin” anqlo-sakson müqəvvaları bu dəfə kənarda qalmayacaq”, – deyə Buyakeviç bildirib.

Teqlər: