Avropa Birliyi NATO olmadan Avropanı qoruya bilməz.
AzerTimes xəbər verir ki, bu sözləri NATO Baş katibi Yens Stoltenberq deyib.
“AB-nin müdafiə səylərini alqışlayırıq. AB-nin qitəni qismən müdafiə edə bilməməsi səbəbindən rəqabətdən qaçmalıyıq. NATO-nun müdafiə xərclərinin 80 faizi AB xaricindəki müttəfiqlərindən gəlir. ABŞ, Kanada və İngiltərə Avropa müdafiəsi üçün mühüm önəmə sahibdir”, – deyə baş katib bildirib.
Onun sözlərinə görə, Şimali Amerika ilə Avropa arasındakı bağı sarsıtmağa yönəlik istənilən cəhd təkcə NATO-nu deyil, Avropanın özünü də parçalaya bilər.
Stoltenberq onu da əlavə edib ki, alyans qlobal ittifaq olmayacaq və Asiyadan üzvlər qəbul etməyəcək.