NATO üzvlərinin bəziləri Ukrayna üçün sovet tipli ehtiyat hissələri və döyüş sursatları istehsal etməyə başlayıb.
AzerTimes xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.
“NATO üzvləri qismən sovet dövründən qalma texnika və sursatların istehsalını artıra bildilər ki, bu da son dərəcə təcili və zəruridir”, – Stoltenberq bildirib.