NATO-nun Cənubi Qafqaz ölkələri ilə əməkdaşlığı çox dəyərlidir.
AzerTimes xəbər verir ki, bunu jurnalistlər üçün onlayn brifinqdə ABŞ-ın NATO-dakı səfiri Culianna Smit bildirib.
O xatırladıb ki, NATO-nun Baş katibi Yens Stoltenberq bu yaxınlarda Azərbaycan, Ermənistan və Gürcüstana səfər edib:
“NATO-nun Baş katibi Cənubi Qafqaz ölkələrinin paytaxtlarına səfər edib və bu, bizim tərəfdaşlığımızın dəyərindən xəbər verir. Gürcüstan bizim ən yaxın tərəfdaşlarımızdan biridir. Azərbaycan və Ermənistan da NATO ilə münasibətlərini dərinləşdirir, lakin vurğulamaq lazımdır ki, bütün tərəfdaşlar üzvlüyə can atmır”.
ABŞ-ın NATO-dakı səfiri qeyd edib ki, NATO Gürcüstanın alyansın bir hissəsi olmaq istəyini dəstəkləyir.