NATO-nun Rusiyanın hücumundan müdafiə ilə bağlı yeni planlarını tam şəkildə həyata keçirmək üçün 35-50 əlavə briqadaya ehtiyacı olacaq.
AzerTimes xəbər verir ki, bu barədə “Röyters” agentliyi bildirib.
Qeyd olunub ki, NATO liderlərinin bu həftə Vaşinqtonda keçiriləcək sammitdə bu planlarla bağlı yenilikləri alacağı gözlənilir.
Nəşr qeyd edib ki, briqada 3-7 min hərbçidən ibarətdir, ona görə də daha 35-50 belə bölmənin yaradılması ciddi problemə çevriləcək.