İsveç və Finlandiyanın NATO-ya daxil olması Rusiyanın Baltik dənizindəki mövqeyini zəiflədəcək.
AzerTimes xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli deyib.
“İsveç və Finlandiya NATO-ya daxil olarsa, Rusiyanın Kalininqrad və Sankt-Peterburq ətrafındakı qısa zolaqlar istisna olmaqla, Baltik dənizinin sahilləri NATO üzvü ölkələrlə əhatə olunacaq”, – general bildirib.
Millinin sözlərinə görə, Baltik strateji baxımdan çox vacibdir, o, dünyanın ən böyük dəniz yollarından biridir.