NATO hərbi baxımdan Rusiyadan qat-qat güclüdür və buna görə də təşkilat üzvləri onun hücumundan qorxmamalıdırlar.
AzerTimes xəbər verir ki, bunu Macarıstan xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.
Bəzi Qərb siyasətçilərinin NATO ölkələrinin Rusiya tərəfindən hücuma məruz qala biləcəyi ilə bağlı bəyanatlarına münasibət bildirən P.Siyarto hadisələrin bu cür inkişafına inanmadığını vurğulayıb:
“Düşünmürəm ki, Rusiya NATO üzvü olan bir ölkəyə hücum etmək riskini alsın. NATO hərbi cəhətdən Rusiyadan qat-qat güclüdür, ona görə də praqmatizm və məntiq hələ də mövcuddursa, mən bu təhlükəni görmürəm, çünki bu, tamamilə məntiqsiz olardı”.