NATO rus imperializmi üçün təhlükədir – Kallas

NATO rus imperializmi üçün təhlükədir – Kallas

Estoniyanın Şimali Atlantika Alyansına daxil olması ölkənin azad seçimi idi. Rusiyanın NATO-nun genişlənməsinin onun təhlükəsizliyini təhdid etdiyini iddia etməsi isə mifdir.

AzerTimes xəbər verir ki, bunu Estoniya Baş naziri Kaya Kallas deyib.

“Rusiya öz imperiyasını genişləndirmək istəyən sonuncu koloniyaçı nəhəngdir. NATO-nu genişlənməkdə və eskalasiyada ittiham edənlər Rusiyanın irəli sürdüyü imperialist dil və ideologiyanı mənimsəyənlərdir. NATO Rusiya üçün yox, rus imperializmi üçün təhlülkədir”, – Kallas bildirib.

Teqlər: