Rumıniya NATO ölkələri ilə birgə hərbi təlim keçirəcək.
AzerTimes xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, hərbi təlim hərbi dəniz qüvvələrinin iştirakı ilə aprelin 8-dən 21-dək keçiriləcək. Təlimdə NATO-nun 12 ölkəsi iştirak edəcək.
“2,2 mindən çox hərbi qulluqçu və 135 hərbi texnika (27 dəniz və çay gəmisi, 17 təyyarə və 91 texnika və üzmə vasitəsi) Qara dənizdə, onunla sahil zonasında, Dunay çayında və onun deltasında dənizdə və çayda qanunsuz fəaliyyətlə mübarizə, dəniz və çaylara nəzarət, dənizdə axtarış və xilasetmə, qəza vəziyyətində olan gəmilərə köməklik göstərilməsi və kritik infrastruktur səviyyəsində təhlükəsizliyin təmin edilməsi üzrə tapşırıqları yerinə yetirmək üzrə hazırlıq keçəcəklər”, – məlumatda bildirilib.