Azərbaycanla NATO arasında qarşılıqlı faydalı tərəfdaşlıq qurulub.
AzerTimes xəbər verir ki, bunu NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə Xüsusi Nümayəndəsi Xavyer Kolomina X hesabında yazıb.
“Bu gün Azərbaycanın NATO-nun tərəfdaşı olmasının 30 ili tamam olur. O vaxtdan bəri biz fəal siyasi dialoq və praktiki əməkdaşlıq vasitəsilə qarşılıqlı faydalı tərəfdaşlıq qurmuşuq. Xüsusilə Azərbaycanın NATO missiyalarına, enerji təhlükəsizliyinə və iqlim dəyişikliyinə töhfələrini alqışlayırıq”.