NATO-nun Riqadakı Strateji Kommunikasiya Mərkəzinin (StratCom) direktoru Yanis Sarts Varşavada keçirilən konfransa topuqlarında rusları təhqir edən yazı olan Ukrayna markalı corabda gəlib.
AzerTimes xəbər verir ki, mərasimdə Polşa müdafiə naziri Mariuş Blaşak da iştirak edib və onun Sartsla fotosu Polşa Tvitter səhifələrində yayılıb.
Qeyd edək ki, “Dodo Socks” şirkətinin istehsalı olan corabda “Rusiyanı tapdalayıram” sözləri yazılıb.