NATO Polşa ilə bağlı 5-ci maddəni işə salacaqmı?

NATO Polşa ilə bağlı 5-ci maddəni işə salacaqmı?

NATO Polşanın Belarusa qarşı ittihamları ilə bağlı müdafiə prinsipinin aktivləşdirilməsi variantını nəzərdən keçirmir.

AzerTimes xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmisi Metyu Miller deyib.

“NATO ölkələrinin 5-ci maddəyə istinad etməsi prosesi var. Biz hazırda o yerdə deyilik”, – Miller vurğulayıb.

Qeyd edək ki, avqustun 1-də Polşa Xarici İşlər Nazirliyi Belarusun iki helikopterinin ölkənin hava məkanını pozduğunu bildirib.

Teqlər: