Xəbər - Elçin Mehdiyev – Trend:
Mayın 14-də NATO Parlament Assambleyasının yaz sessiyası onlayn formatda öz isinə başlayıb.
Milli Məclisdən AzerTimes-a verilən məlumata görə, parlamentin qurumdakı nümayəndə heyətinin rəhbəri, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərovun başçılığı ilə deputatlar Məlahət İbrahimqızı, Siyavuş Novruzov, Kamran Bayramov və Elşən Musayev sessiyaya qatılıblar.
Sessiya çərçivəsində NATO PA-nın Müdafiə və təhlükəsizlik, Təhlükəsizliyin mülki ölçüsü, İqtisadi təhlükəsizlik, Elm və texnologiya, Siyasi komitələrinin iclaslarında “Silahlara beynəlxalq nəzarət”, “Rusiyanın geosiyasi və ideoloji həmlələrinin qarşısının alınması”, “Çin müdafiəsinə baxış: NATO üçün mövcud təsirləri” kimi mövzular müzakirə olunub.
Müzakirələrdə deputatlarımız fəallıq göstəriblər, suallarla çıxış ediblər və bütün məsələlərə Azərbaycanın mövqeyindən münasibət bildiriblər.
NATO PA-nın yaz sessiyası işini mayın 17-də plenar iclasla davam etdirəcək.