NATO öz məsələləri ilə məşğul olmalı və Asiya-Sakit okean regionunun işlərinə qarışmaqdan çəkinməlidir.
AzerTimes xəbər verir ki, bunu Çin xarici işlər naziri Vanq Yi niderlandlı həmkarı Kaspar Veldkampla telefon danışığında bildirib.
“Doğru yol dialoqu gücləndirmək, qarşılıqlı anlaşmanı dərinləşdirmək və qarşılıqlı etimad üçün zəmin yaratmaqdır”, – V.Yi qeyd edib.