NATO Ukraynaya uzunmüddətli silah tədarükünə hazır olduğunu təsdiqlədi.
AzerTimes xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.
O bildirib ki, iyunun 15-də Ukraynaya hərbi dəstək üzrə Təmas Qrupunun iclası keçirilib:
“Dünən müdafiə nazirlərinin görüşündə güclü siqnal verildi ki, biz uzunmüddətli tədarüklərə hazırıq. NATO ölkələri Ukraynaya əhəmiyyətli və misilsiz yardım göstərməyə davam edəcək”.