NATO-ya üzv ölkələr Rusiya tərəfində olan digər dövlətlərin müharibədə iştirak etməsinə baxmayaraq, alyansın qoşunlarının Ukraynaya yerləşdirilməsinə dəstək vermədilər.
AzerTimes xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Mark Rutte “Foks Nyus” telekanalına deyib.
“Məncə, bunu etmək ağılsızlıq olardı. Alyans ölkələrinin münaqişənin tərəfinə çevrilməsi ilə bağlı qarşıdurma arzusu yoxdur”, – deyə o qeyd edib.