NATO-nun beş ölkəsinin (Böyük Britaniya, Almaniya, İtaliya, ABŞ, Fransa) səfirləri Serbiya Prezidenti Aleksandr Vuçiçə məktubla müraciət edib.
AzerTimes xəbər verir ki, Kosovonun şimalında və Metoxiyada qurulan barrikadaların 24 saat ərzində götürülməsini tələb ediblər.
Səfirlər məktubda qeyd ediblər ki, barrikadalar ləğv edilməsə, Kosovo Baş naziri Albin Kurti baş verənlərlə özü məşğul olacaq.