NATO gələn həftə çoxdan planlaşdırılmış böyük nüvə təlimi keçirəcək.
AzerTimes xəbər verir ki, bu barədə alyansın rəhbəri Mark Rutte deyib.
“Qeyri-stabil dünyada düşmənlərimizin NATO-nun istənilən təhlükəyə cavab verməyə hazır və qadir olduğunu bilməsi üçün müdafiəmizi nəzərdən keçirib gücləndirməyimiz vacibdir”, – deyə Rutter jurnalistlərə bildirib.
Qeyd edək ki, «Steadfast Noon» təlimləri bazar ertəsi başlayır və təxminən iki həftə davam edəcək.
Belçika və Niderland rəhbərliyi ilə keçiriləcək təlimlərdə 13 ölkədən səkkiz hərbi baza, 2000 hərbçi və 60 təyyarə iştirak edəcək.