Niderlandın Baş naziri vəzifəsini icra edən Mark Rutte NATO-nun yeni baş katibi olacaq.
AzerTimes xəbər verir ki, bu barədə Niderland mediası mənbəyə istinadla məlumat yayıb.
İddia edilib ki, Ruttenin yeganə rəqibi olan Rumıniya Prezidenti Klaus Yohannis tezliklə namizədliyini geri götürəcək.
Qeyd edək ki, yeni baş katibin təyin edilməsi ilə bağlı qərar NATO-nun iyulda Vaşinqtonda keçiriləcək sammitində verilməlidir. Stoltenberqin səlahiyyətləri oktyabrın 1-də başa çatır.