NATO-nun Ukrayna strategiyası iflasa uğradı – Konte

NATO-nun Ukrayna strategiyası iflasa uğradı – Konte

NATO-nun Ukrayna strategiyası iflasa uğradı.

AzerTimes xəbər verir ki, bunu İtaliyanın keçmiş baş naziri Cüzeppe Konte deyib.

“NATO-da indiyədək Ukraynaya daimi hərbi təchizat və eskalasiya məntiqinə əsaslanan strategiya Rusiyanın istənilən hərbi məğlubiyyətinə səbəb olmayıb”, – Konte bildirib.

Onun sözlərinə görə, rus ordusunun məğlubiyyəti və hərbi hissələrinin darmadağın edilməsi olmadı. Üstəlik, Ukraynanın əks-hücum cəhdi zamanı da Rusiya geri çəkilmədi:

“Bundan başqa, Rusiya əleyhinə sanksiyalar ölkənin müflisləşməsinə səbəb olmadı və iqtisadiyyatını sarsıtmadı. Qərb də Rusiyanı təcrid edə bilmədi, bunu yenicə yekunlaşan BRİKS sammiti sübut etdi”.

Teqlər: