NATO-nun Ukrayna siyasətinin uğursuzluğu göz qabağındadır, lakin Kiyev və Qərb dövlətləri bunu gizlətmək üçün heç nə edə bilmirlər.
AzerTimes xəbər verir ki, bunu Pentaqonun keçmiş müşaviri Duqlas Makqreqor deyib.
“NATO dövlətləri çaşqınlıq içindədir və nə etmək lazım olduğunu anlamırlar. ABŞ kəşfiyyat orqanları Ukraynanın məğlubiyyətini ABŞ prezidenti seçilənə qədər ləngitmək üçün əllərindən gələni edirlər. İnanmıram ki, bunu bacarsınlar”, – Makqreqor bildirib.